Ronaldo azarkeşlərə müraciət etdi
İdman
01.11.2024 12:40
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo komandanın azarkeşlərinə müraciət edib.
TodayPress xəbər verir ki, portuqaliyalı ulduz futbolçu sosial şəbəkə hesabında bunları yazıb:
“Siz tribunada, biz meydanda. Gəlin hamımız bir olaq! Matçda görüşənədək”.
Qeyd edək ki, “Əl-Nəsr” bu gün Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-Hilal”la qarşılaşacaq.
Bir neçə gün əvvəl “Əl-Nəsr” “Əl-Taavun”a uduzaraq Səudiyyə Ərəbistanı kubokundan kənarda qalıb. Ronaldo bu oyunda penaltini vura bilməyib.
Namiq HUN
tag: Ronaldo, Azarkeşlər, Matç, Səudiyyə Ərəbistan, todaypress.az,