Ronaldo Ançelottini Braziliya millisinə dəvət etmək istəyir

İdman

08.02.2025 13:55

755

Ronaldo Luis Nazario italiyalı futbol mütəxəssisi Karlo Ançelottini Braziliya yığma komandasının baş məşqçisi postuna gətirmək istəyir.   

TodayPress “Relevo” nəşrinə istinadən xəbər verir ki, keçmiş hücumçu Braziliya Futbol Federasiyasının prezidenti seçiləcəyi təqdirdə Ançelottini ölkəsinə dəvət edəcək. 

Ronaldo,  2026-cı ilin martında namizədliyini irəli sürmək niyyətindədir.  48 yaşlı funksioner Karlo Ançelottini “Real Madrid” klubundan uzaqlaşdırmaq istəmir. “Kral klubu” Ançelotti ilə yollarını ayıracağı təqdirdə ona Braziliya millisində iş təklif olunacaq. 

Qeyd edək ki, mütəxəssisin “Real" klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.   

Namiq HUN

tag: Ronaldo Luis Nazario,Karlo Ançelotti, Braziliya ,Real" klubu,Todaypress.az,