Ronaldinyo futbolçularla görüşdü - FOTO
İdman
13.11.2024 13:50
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədi ilə Bakıda səfərdə olan braziliyalı futbol əfsanəsi Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb.
TodayPress xəbər verir ki, veteran futbolçu “Qarabağ”, “Neftçi”, “Sabah”, “Zirə” və “Marset” Futbol Akademiyasının yeniyetmə və gənc oyunçuları ilə ünsiyyətdə olub.
Tədbirdə 44 yaşlı sabiq yarımmüdafiəçiyə Azərbaycan millisinin 10 nömrəli forması hədiyyə edilib.
Namiq HUN
tag: BMT, Ronaldinyo, Qarabağ, Neftçi, Sabah, todaypress.az,
![photo](/uploads/news/673474995b40e.jpg)
![photo](/uploads/news/673474aeb2b92.jpg)
![photo](/uploads/news/673474c03ea15.jpg)