Ronaldinyo COP29-da iştirak edəcək

İdman

13.11.2024 06:00

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı Azərbaycana gələcək daha bir futbol simasının adı məlum olub.

TodayPress xəbər verir ki, Braziliya futbolunun əfsanələrindən biri olan Ronaldinyo paytaxtda təşkil olunacaq tədbirlərə qatılacaq.

Ronaldinyonun “Qarabağ”ın təşəbbüsü ilə baş tutacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması ilə bağlı mərasimə qatılması da istisna edilmir.

Namiq HUN

tag: BMT, COP29, Qarabağ, Azərbaycan,Ronaldinyo , todaypress.az,