Romao “Ferentsvaroş”la anlaşdı

İdman

05.02.2025 17:00

1798

“Qarabağ” klubundan ayrılan braziliyalı futbolçu Julio Romaonun Macarıstan təmsilçisi “Ferentsvaroş”a keçidi rəsmiləşib.   

TodayPress xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

2022-ci ildən “köhlən atlar”da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.   

Namiq HUN

tag: Qarabağ,Klub,Julio Romaonun,Macarıstan,Todaypress.az,