“Roma”nın futbolçusu mövsümü erkən başa vurdu
“Roma” klubunun hücumçusu Paulo Dibala zədələnərək mövsümü erkən başa vurub.
TodayPress xəbər verir ki, forvard A Seriyasının “Kalyari” ilə matçında sol ayağından zədə alıb.
31 yaşlı argentinalı futvolçu cərahiyyə əməliyyatına qatılacaq.
Qeyd edək ki, Paulo Dibalanın 3 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Namiq HUN
tag: Roma,Paulo Dibala,Zədə,Klub,Futbol,Todaypress.az,