"Roma"nın futbolçusu Almaniya çempionuna keçir
İdman
26.01.2025 15:45
İtaliyanın "Roma" klubunun futbolçusu Mario Ermoso karyerasını Almaniyada davam etdirməyə çox yaxındır.
TodayPress xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, son ölkə çempionu "Bayer 04" 29 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir. Oyunçu da Leverkuzen təmsilçisinə keçmək niyyətindədir.
Klubların gələn həftə ispan futbolçunun transferi ilə bağlı danışıqları yekunlaşdıracağı gözlənilir.
Qeyd edək ki, Mario Ermoso ötən il "Atletiko"dan "Roma"ya keçib.
tag: İtaliya,Roma,Mario Ermoso,Almaniya,Fabritsio Romano,todaypress.az,