"Roma"nın əfsanəsi futbola qayıdır?

İdman

29.11.2024 17:55

"Roma" klubunun və İtaliya futbolunun əfsanəsi Françesko Totti vergi ödəməkdən yayınmaqda ittiham edilib.

TodayPress xəbər verir ki, onun minimum 200 min avro borcu olduğu bildirilir. 

Totti artıq Roma məhkəməsinin şübhəli şəxslər reyestrinə daxil edilib. İlkin araşdırma nəticəsində məlum olub ki, “canavarlar”ın keçmiş kapitanı reklam çarxları və sosial şəbəkələrindəki paylaşımlarından əldə etdiyi gəlirlərin bir hissəsini bəyan etmək üçün tələb olunan ƏDV nömrəsini qəsdən gizlədib.

Daha əvvəl Françeskonun borcu bir neçə min avro təşkil edirdi. Lakin faizlər və cərimələr səbəbindən zaman keçdikcə məbləğ artıb. Yoxlama zamanı hüquq-mühafizə orqanları Tottini daha bir neçə fırıldaqda şübhəli biliblər.

Dekabrın 9-13 tarixlərində Françesko Tottinin şəhər prokuroru ilə görüşləri təyin edilib. 

Qeyd edək ki, qanun və maliyyə problemləri səbəbindən, borclarla bağlı məsələləri həll etmək və həbsxanaya düşməmək üçün keçmiş hücumçu böyük futbola qayıda bilər.

Namiq HUN

tag: Roma, Françesko, Həbsxana, Hücumçu, todaypress.az,