"Roma"nın baş direktoru istefa verdi
İdman
23.09.2024 12:00
"Roma" futbol klubunun baş direktoru Lina Suluku azarkeşlər tərəfindən tənqid olunduğuna görə postundan gedib.
TodayPress xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Roma” klubunun azarkeşləri baş məşqçi Daniele De Rossinin istefaya göndərilməsinə görə Lina Sulukunu tənqid ediblər. Onun De Rossi qərarı azarkeşlərin qəzəbinə səbəb olub. Həmçinin fanatlar Sulukunu şantaj ediblər.
Xatırladaq ki, De Rossi bu ilin yanvar ayında baş məşqçi postunda portuqaliyalı məşqçi Joze Mourinyonu əvəzləmişdi.
Namiq HUN
tag: Roma ,Lina Suluku, Azarkeşlər, Tənqid ,Daniele De Rossi ,todaypress.az,