“Roma” Ranyeri ilə anlaşdı

İdman

13.11.2024 13:00

“Roma” futbol klubu Klaudio Ranyeri ilə baş məşqçi postuna təyinatla bağlı razılaşıb. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis “Roma” klubuna qayıtmağa hazırdır. 

Tərəflər 2025-ci ilin yayına qədər olan müqaviləyə imza atacaqlar. 

O, baş məşqçi postunda İvan Yuriçi əvəz edəcək. İtaliyalı çalışdırıcı  əvvəllər 2009-2011-ci illərdə və 2019-cu ildə “Roma” klubuna rəhbərlik edib.

Qeyd edək ki, Klaudio Ranyeri ötən mövsüm “Kalyari”dən ayrılaraq məşqçilik karyerasını başa vurduğunu açıqlasa da, yenidən işinə qayıdır.

Namiq HUN

tag: Roma, Klaudio Ranyeri, Məşqçi, Müqavilə, Kalyari, todaypress.az,