“Roma” özbək futbolçunu transferə çıxaracaq

İdman

24.12.2024 15:25

“Roma” klubunun hücumçusu Eldor Şomurodov qış transfer pəncərəsində komandasını dəyişə bilər.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Roma təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri özbəkistanlı forvardın xidmətində maraqlı deyil.

Şomurodovun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. O, “canavarlar”ın sırasına 2021-ci ilin yayında “Cenoa”dan keçib.

29 yaşlı futbolçu daha əvvəl “Spetsiya” və “Kalyari” klublarında çıxış edib.

Eldor Şomurodov cari mövsümdə “Roma”nın heyətində 12 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Namiq HUN

tag: Məşqçi, Klub, Qol ,Heyət, todaypress.az,