"Roma" klubu baş məşqçisi ilə yollarını ayırdı
İdman
11.11.2024 11:20
"Roma" baş məşqçi İvan Yuriçlə yollarını ayırıb
TodayPress-in məlumatına görə, xorvatiyalı mütəxəssis paytaxt klubunda cəmi iki ay fəaliyyət göstərə bilib.
A Seriyasının 12-ci turunda evdə "Bolonya"ya 2:3 hesabı ilə məğlubiyyət "Roma"nın Yuriçi istefaya göndərməsi ilə nəticələnib. "Canavarlar" onun rəhbərliyi altında bütün turnirlərdə 4 qələbə qazanıb, 3 dəfə heç-heçə edib və 5 dəfə məğlub olub. Komanda hazırda A Seriyasında 13 xalla turnir cədvəlinin 12-ci pilləsindədir.
Xatırladaq ki, 49 yaşlı mütəxəssis sentyabrın ortalarında "Roma"ya baş məşqçi təyin olunmuş və bu vəzifədə Daniele De Rossini əvəz etmişdi.
tag: Roma, İvan Yuriç, Bolonya, Canavarlar, Turnir, todaypress.az,