"Roma" Hummelslə müqavilə imzaladı
İdman
05.09.2024 09:11
"Roma" futbol klubu “Borussiya Dortmund”un sabiq müdafiəçisi Mats Hummelsi transfer edib.
TodayPress xəbər verir ki, "canavarlar" futbolçu ilə birillik müqavilə imzalayıb.
Hummels yeni klubunda 15 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 35 yaşlı futbolçu ötən mövsüm "Borussiya"dan azad agent kimi ayrılıb. O, son mövsüm dortmundluların heyətində 40 matçda 4 qol vurub.
Namiq HUN
tag: Borussiya, Dortmund, Mats Hummels, Roma, Futbol, todaypress.az,