“Roma” Fatini icarəyə götürmək istəyir

İdman

17.10.2024 15:57

“Barselona”nın hücumçusu Ansu Fati qeydiyyatını İtaliya A Seriyasına dəyişə bilər.

TodayPress “Todofichajes”-ə istinadən xəbər verir ki, “Roma” klubu ispaniyalı forvardın xidmətində maraqlıdır. Paytaxt klubu Fatini icarəyə götürmək istəyir.

Qeyd edək ki, forvardın “Barselona” ilə 2027-ci ilin iyun ayına qədər müqaviləsi var. 

21 yaşlı futbolçunun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.

Namiq HUN

tag: Barselona , Ansu Fati ,İtaliya ,Roma ,A Seriyası, todaypress.az,