“Roma” Fabreqasa “elçi düşdü”
Sesk Fabreqas “Roma” futbol klubunun baş məşqçisi ola bilər.
TodayPress “Sky Sport” nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi hazırda “Komo” klubunu çalışdıran gənc mütəxəssisi baş məşqçi Klaudio Ranyerinin mümkün əvəzləyəcisi kimi görür.
“Canavarlar”ın siyahısında Stefano Pioli (“Əl-Nəsr”), Frençesko Farioli (“Ayaks”) və Patrik Vieyra (“Cenoa”) kimi məşqçilərdə var.
Qeyd edək ki, 37 yaşlı Sesk Fabreqas 2024-cü ilin yayından “Komo”da işləyir.
Namiq HUN
tag: Roma,Fabreqas,Məşqçi,Baş Məşqçi,Todaypress.az,