“Roma” De Rossini istefaya göndərdi
İdman
18.09.2024 14:10
“Roma” futbol klubu baş məşqçi Daniele De Rossi ilə yollarını ayırıb.
TodayPress xəbər verir ki, ayrılığa səbəb “canavarlar”ın uğursuz nəticələri olub.
De Rossi Joze Mourinyonun gedişindən sonra “Roma” klubuna rəhbərlik edib.
Qeyd edək ki, Daniele De Rossi “Roma”nı 30 matça çıxarıb. Bu oyunlarda komanda 14 qələbə, 9 heç-heçə və 7 məğlubiyyətlə yadda qalıb.
Namiq HUN
tag: Roma ,Daniel De Rossi ,Joze Mourinyo, Futbol Klubu, todaypress.az,