“Roma” De Rossini geri qaytarmaq istəyir
“Roma”da baş məşqçi İvan Yuriçlə futbolçular arasında münasibətlərin pozulduğu və artıq düzəlməyəcək hala gəldiyi bildirilib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, “canavarlar”ın kapitanı Lorenzo Pelleqrini A Seriyasında “Fiorentina”ya məğlubiyyətin (1:5) qəbuledilməz olduğunu vurğulayıb
“Roma”da Yuriçin yerinə əsas namizədin keçən ay komandadan ayrılan sabiq baş məşqçi Daniele De Rossi olduğu bildirilir.
41 yaşlı mütəxəssis işinə qayıtmağa hazırdır.
Qeyd edək ki, Yuriç “Roma”nı sentyabrın 18-dən çalışdırır. Paytaxt təmsilçisi onun rəhbərliyi altında keçirdiyi 8 matçda 3 qələbə qazanıb, 3 dəfə məğlub olub və 2 heç-heçə edib.
Namiq HUN
tag: Roma, Yuriç,Daniele De Rossi ,Fiorentina,todaypress.az,