Roke Santa Kruz dünya rekorduna imza atdı
“Bavariya”nın sabiq futbolçusu ardıcıl 28-ci təqvim ilində qol sevinci yaşamaqla göstəriciyə nail olub.
TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) məlumatı yayıb.
Hazırda Paraqvayın “Libertad” klubunun formasını geyinən forvard 2025-ci ildəki ilk qolu ilə seriyasını 28-ə çatdırıb. 43 yaşlı futbolçu 1998-ci ildən başlayaraq hər il rəqib qapısına yol tapmağı bacarıb.
Qeyd edək ki, IFFHS-in siyahısında ən azı 24 il ərzində qol vuranlar yer alıb. Kriştiano Ronaldo da son 24 ildə fərqlənib. O, Rokedən 4 il geri qalır.
Namiq HUN
tag: Bavariya,Futbol,IFFHS,Paraqvay,Libertad,todaypress.az,