Rodriqo “Real”a meydan oxudu
İdman
21.08.2024 16:00
“Real Madrid” klubunun hücumçusu Rodriqo Kilian Mbappenin gəlişindən sonra arxa plana keçmək fikrində olmadığını bildirib.
TodayPress xəbər verir ki, braziliyalı forvard meydanda olan hər kəsin komanda üçün vacib olduğunu bildirib:
“Komandamızın necə inkişaf etdiyini bəyənirəm. İnsanlar Bellingem-Mbappe-Vinisius üçlüyündən danışsalar da, ora “R” hərfini əlavə etməli olacaqlar. “Real”ın hücumçu dördlüyü və komandanın qalan hissəsi var. Meydanda olan hər kəs komanda üçün vacibdir”.
Qeyd edək ki, “Real” La Liqanın I turunda səfərdə “Malyorka” ilə qarşılaşıb. 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmada “kral klubu”nun yeganə qolunu Rodriqo vurub.
Namiq HUN
tag: Rodriqo,Real,Bellingem-Mbappe-Vinisius,Real Madrid,Malyorka, todaypress.az,