Rodriqo İngiltərə klublarının hədəfində
“Real Madrid” klubunun futbolçusu Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.
TodayPress xəbər verir ki, braziliyalı hücumçu ilə “Liverpul”, “Mançester Yunayted” və “Mançester Siti” klubları maraqlanır.
24 yaşlı cinah hücumçusunun transfer qiyməti 100 milyon avro dəyərləndirilir.
Qeyd edək ki, Rodriqonun “kral klubu” ilə 2028-ci ilin iyul arına qədər müqaviləsi var.
Forvard cari mövsüm 50 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Rodriqo ,Futbol, Hücum ,Real Madrid,Todaypress.az,