Rodriges adını Amerika Kubokunun tarixinə yazdırdı
İdman
07.07.2024 11:43
Futbol üzrə Kolumbiya yığma komandasının yarımmüdafiəçisi Xames Rodriges Amerika Kubokunda adından söz etdirib.
TodayPress xəbər verir ki, Rodriges buna Panama komandası ilə 1/4 final matçında məhsuldar ötümələri ilə nail olub. Təcrübəli futbolçu hazırkı turnirdə assistlərinin sayını 5-ə çatdırıb.
Daha əvvəl Amerika Kubokunda 3 futbolçu bunu bacarıb. Braziliyalı futbolçular Denilson və Alekslə yanaşı, argentinalı Lionel Messi 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Kolumbiya yığması iyulun 11-də Amerika Kuboku turnirinin yarımfinal mərhələsində Uruqvay komandası ilə qarşılaşacaq.
Namiq HUN
tag: Kolumbiya ,Xames Rodriges,Amerika,Kubok,Panama ,todaypress.az,