Rodri "Qızıl top" mükafatına layiq görüldü
İdman
29.10.2024 09:46
“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının sahibi məlum olub.
TodayPress xəbər verir ki, dünyanın ən yaxşı futbolçusu adını Rodri qazanıb.
İspaniya yığmasının və “Mançester Siti” klubunun yarımmüdafiəçisi səsvermədə Madrid “Real”ından Cud Bellingemi və Dani Karvahalı qabaqlayıb.
İlin ən yaxşı baş məşqçisi nominasiyasının qalibi “kral klubu”nun italiyalı baş məşqçisi Karlo Ançelotti olub.
Mövsümün ən sərrast futbolçuları Harri Keyn (“Bavariya”) və Kilian Mbappe (“Real Madrid”) seçiliblər. 52 qol vuran forvardlara Herd Müller mükafatı təqdim olunub.
Argentina yığmasının və "Aston Villa" klubunun qolkiperi Emiliano Martines ən yaxşı qapıçı nominasiyasında Lev Yaşin mükafatını qazanıb.
“Real Madrid” 2023/24 mövsümündə dünyanın ən yaxşı klubu mükafatına layiq görülüb. Qadınlar arasında isə “Barselona” klubu bu uğura nail olub.
Namiq HUN
tag: Rodri, Qızıl Top, Mançester Siti, Harri Keyn, todaypress.az,