Rodri qərarını verdi
İdman
16.11.2024 17:27
“Mançester Siti” klubunun yarımmüdafiəçisi Rodri karyerasını İngiltərədən kənarda davam etdirməyi düşünür.
TodayPress “El Nacional”a istinadən xəbər verir ki, o, “Barselona” və “Real Madrid” arasında seçim edib.
Pep Qvardiolanın “Mançester Siti”dən ehtimal olunan gedişi yarımmüdafiəçinin cari mövsümün sonunda klubdan ayrılmaq istəyinə təsir edib.
Rodri La Liqaya qayıtmaq istəyir. Futbolçu artıq qərar verib. “Mançester Siti”dən ayrılsa, karyerasını “Barselona”da davam etdirəcək. İspaniyalı orta xətt oyunçusu “Barsa”nın oyun tərzinin onun seçimlərinə daha çox uyğun gəldini hesab edir.
Namiq HUN
tag: Rodri, Qvardiola, Mançester Siti, La Liqa, İspaniya, todaypress.az,