Rodri ilin ən yaxşı futbolçusu adını qazandı

İdman

13.12.2024 13:19

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

TodayPress xəbər verir ki, qurumun ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermədə Rodri səsçoxluğu qazanıb.

İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi 191 xal toplayıb. İlk üçlüyü 166 xalla Vinisius Junior (Braziliya, “Real Madrid”) və 62 xalla Cud Bellinqem (İngiltərə, “Real Madrid”) təşkil edib.

Xatırladaq ki, ötən il mükafata “Mançester Siti”nin norveçli futbolçusu  Erlinq Holand layiq görülüb.

Namiq HUN

tag: Statistika, Federasiya, Futbol, Xal, todaypress.az,