Rodri dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisidir

İdman

02.10.2024 13:15

Dünyanın yaxşı 10 dayaq yarımmüdafiəçisinin adı açıqlanıb. 

TodayPress xəbər verir ki, siyahını nüfuzlu "FourFourTwo" nəşri tərtib edib.  

Siyahıya “Mançester Siti”nin və İspaniya millisinin futbolçusu Rodri başçılıq edir. 28 yaşlı Avropa və İngiltərə çempionu “Qızıl top”a namizəddir. İlk üçlüyü “Arsenal”dan Deklan Rays və “Bavariya”dan Joao Palinya tamamlayıb. 

Yaxşı 10-luqda həmçinin, Bruno Gimarayeş (“Nyukasl”, İngiltərə), Eduardo Kamavinqa, Orelyen Tçuameni (hər ikisi “Real Madrid”, İspaniya), Martin Subimendi (“Real Sosyedad”, İspaniya), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), Joao Neveş və Vitinya (hər ikisi PSJ, Fransa) da yer alıb.

Namiq HUN

tag: Mançester Siti ,İspaniya ,Rodri ,İngiltərə ,Qızıl Top ,todaypress.az,