Rodindən 20 dəqiqəlik qeyri-adi çıxış

İdman

21.10.2024 12:23

Polşa Ekstraklasasının XII turunda keçirilən “Rakuv”- “Poqon” matçında maraqlı anlar yaşanıb. 

TodayPress xəbər verir ki, meydan sahiblərinin futbolçusu Matey Rodin 83-cü dəqiqədə oyuna daxil olduqdan sonra fərqlənməyi bacarıb. 

O, 90+10-cu dəqiqədə oyunda ilk qolunu vuraraq sevincini qeyd etmək üçün formasını çıxarıb. Hakim isə bu hərəkətinə görə futbolçuya sarı vərəqə göstərib. 

Amma referi VAR-a baxıb və qolu ləğv edib, sarı vərəqə isə qüvvədə qalıb. 

90+13-cü dəqiqədə ikinci qolu vuran Rodin yenidən formasını çıxarıb. 

Qol sayılsa da, o, ikinci sarı vərəqəni görərək meydandan qovulub. 

Nəticədə futbolçunun 20 dəqiqəlik çıxışı komandasına 1:0 hesablı qələbə qazandırıb. 

Namiq HUN

tag: Polşa, Hakim, Matey Rodin ,Sarı Vərəqə,Qələbə, todaypress.az,