Rocer Federer əsrin ən yaxşı tennisçisi seçildi
İdman
24.07.2024 10:50
İsveçrəli Rocer Federer XXI əsrin ən yaxşı kişi tennisçisi seçilib.
TodayPress xəbər verir ki, "Böyük Dəbilqə" turnirlərinin 20 qat qalibi ilk pillədə yer alıb.
İlk üçlüyü serbiyalı Novak Cokoviç və ispaniyalı Rafael Nadal tamamlayıb.
ESPN-in təşkil etdiyi ən yaxşı tennisçilərin seçimi dünya üzrə nəşr redaktorlarının namizədlərini təklif etmələri əsasında baş tutub.
Qeyd edək ki, Rocer Federer 2022-ci ilin sentyabrında karyerasını bitirib.
Namiq HUN
tag: Rocer Federer, Böyük Dəbilqə, Novak Cokoviç, Rafael Nadal, todaypress.az,