Roberto Martinez: “Ronaldonun mükəmməllik ideyası yoluxucudur”.

İdman

11.06.2024 14:28

824

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez millinin 39 yaşlı hücumçusu Kriştiano Ronaldodan danışıb. 

TodayPress xəbər verir ki, ispaniyalı mütəxəssis forvardın ən yaxşı olmaq arzusunu yoluxuculuq adlandırıb. 

“Onun əldə etdiyi nailiyyətlərə çox oyunçu çata bilməyib. O, bir çox cəhətdən çoxlarına nümunədir. Milli komandasında 200-dən çox oyun keçirən yeganə futbolçu olması da ciddi nailiyyətdir. Kriştiano həmişə məni yaşına meydan oxuması ilə təəccübləndirib. Hər məşqdən sonra məni və həmkarlarımı hər şeyə nail olmuş oyunçunu daim qələbə qazanmaq istəyinin motivasiya etməsi heyrətləndirir. O, ən yaxşı olmaq arzusu və karyerasında nail olmaq istədiyi mükəmməllik ideyası ilə məşğuldur. Bu yoluxucudur. Milli komandaya gələn gənc futbolçular insanı, peşəkarı, qürur duyduqları kumiri görürlər. Onun davranışı təsvirə gəlmir. Pepe və Ronaldo kimi futbolçular örnək olsalar və öz təcrübələrini ötürsələr, gələcək nəsilləri daha yaxşı edəcəklər” Martinez deyib.

Namiq HUN

tag: Roberto Martinez, Ronaldo, İspanya,Martinez,Pepe, todaypress.az,