Robert Andrixlə yeni müqavilə imzalandı

İdman

16.08.2024 17:05

2221

Almaniya çempionu "Bayer 04" futbolçusu Robert Andrixlə müqaviləni uzadıb.

TodayPress xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin Leverkuzen təmsilçisi ilə yeni anlaşmasının müddəti 2028-ci ilin yayına qədərdir. Onun klubla əvvəlki sözləşməsi 2026-cı ilin yayına qədər idi.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2021-ci ildən "Bayer 04"də çıxış edir. Andrix Budnesliqanın qalibi olduğu son mövsümdə 45 matçda meydanda olub. O, bu görüşlərdə 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Almaniya, Bayer,Leverkuzen,Müqavilə, İmza, todaypress.az,