“River Pleyt” finalın astanasındadır
İdman
25.09.2024 11:19
Libertadores Kuboku turnirində ilk yarımfinalçı məlum olub.
TodayPress xəbər verir ki, Argentinada Libertadores Kubokunun 1/4 final mərhələsinin cavab oyunu keçirilib.
“River Pleyt” doğma arenada Çilinin “Kolo-Kolo” klubunu 1:0 hesabı ilə məğlub edib.
Fakundo Kolidionun yeganə qolu Buenos-Ayres təmsilçisini növbəti mərhələyə yüksəldib.
Rəqiblər arasında ilk oyun heç-heçə başa çatıb 1:1.
“River Pleyt”in yarımfinal mərhələsindəki rəqibi “Fluminense” – “Atletiko Mineyro” cütünün qalibi olacaq.
Namiq HUN
tag: River Pleyt,Çili ,Kolo-Kolo ,Fakundo ,Buenos-Ayres ,todaypress.az,