Rimas Kurtinaytis: “FIBA Avropa Kubokunda mübarizəni davam etdirəcəyik”
İdman
18.09.2024 14:30
Basketbol üzrə Azərbaycan çempionu "Sabah" FİBA Çempionlar Liqasında mübarizəni dayandırıb.
TodayPress xəbər verir ki, təsnifat mərhələsində çempionumuzun rəqibi İsveçin "Norçepinq Dolfins" klubu olub.
Antalya qarşılaşması rəqibin qələbəsi ilə başa çatıb 75:71.
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis “Gloria Sports Arean” qarşılaşmasından sonra görüşlə bağlı fikirlərini bildirib:
"Rəqibin oturmuş heyəti var idi. Bizdə isə komanda demək olar ki, yenidən qurulub. Oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməliyik. Biraz zamana ehtiyacımız var. İrəli baxmalıyıq. FIBA Avropa Kubokunda mübarizəni davam etdirəcəyik. Bizim kimi çempionlar liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar da burada iştirak edəcək. Bu isə turnirin səviyyəsindən xəbər verir”.
Qeyd edək ki, FIBA Avropa Kubokunun G qrupunda mübarizə aparacaq “Sabah” ilk matçına oktyabrın 10-da çıxacaq.
Namiq HUN
tag: Rimas Kurtinaytis ,FIBA, Avropa Kuboku ,Turnir ,Sabah, todaypress.az,