RFEF irqçiliklə bağlı sənəd hazırladı

İdman

13.09.2024 10:38

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqa rəhbərliyi ilə birgə futbolçulara qarşı irqçilik halında xüsusi protokolun tətbiqini təsdiqləyib.

TodayPress xəbər verir ki, protokol İspaniya çempionatının oyunları zamanı tətbiq olunacaq. 

Hakim futbolçulardan və ya təhlükəsizlik işçilərindən tamaşaçıların irqçi davranışları ilə bağlı məlumat alacağı təqdirdə, oyunu dayandırmalı və stadionda xəbərdarlıq edilməlidir.

Bu cür hallar təkrarlanarsa hakim oyunu müvəqqəti dayandıracaq və irqçi davranışlara son verilənə qədər komandalar paltardəyişmə otaqlarında gözləyəcəklər.

İrqçi davranışlar yenə davam edərsə, hakimin qərarı ilə oyun birdəfəlik dayandırılacaq.

Namiq HUN

tag: RFEF, Tamaşaçı ,Hakim, İrqçi ,Protokol, İspaniya, todaypress.az,