RFEF-dən 6 oyunluq cəza

İdman

30.04.2025 10:30

8

“Real Madrid” klubunun futbolçusu Antonio Rudiger İspaniya Kubokunda “Barselona”ya qarşı final matçındakı qeyri-idman davranışına görə 6 oyunluq cəzalandırılıb.   

TodayPress xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 

Oyunun son dəqiqələrində referi Kilian Mbappenin Erik Qarsiyaya qarşı hərəkətinə görə “kral klubu”nun hücumunu dayandırıb.

Ehtiyat oyunçular skamyası yanındakı texniki zonada olan Rudiger isə hakimə buz atıb. Bundan sonra futbolçu qırmızı vərəqə ilə cəzalandırılıb.   

Namiq HUN

tag: Antonio Rudiqer,Real Madrid,Klub,Cəza,Todaypress.az,