REYTİNQ TURNİRİ – Yunan-Roma güləşçisindən qızıl medal

İdman

08.06.2024 23:11

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçirilir. Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov yarışın qalibi olub.

TodayPress xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.

İlk görüşdə uduzan Beka Kandelaki (130 kq) isə mübarizəni dayandırıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə reytinq turnirinin bürünc medalını qazanıb.

Namiq HUN

tag: Macarıstan, Budapeşt, Yunan-Roma güləşi, Murad Məmmədov, todaypress.az,