REYTİNQ TURNİRİ – Yunan-Roma güləşçilərindən iki qızıl medal

İdman

09.06.2024 20:39

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçirilir. Növbəti yarış günü Azərbaycanın daha 4 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.

TodayPress xəbər verir ki, milli üzvləri, Eldəniz Əzizli (55kq) və Həsrət Cəfərov (72 kq) reytinq turnirinin qalibi olublar. 

Eldəniz Əzizli həlledici görüşdə Marat Qaribovla (Braziliya) qarşılaşıb və tam üstünlüklə qalib gəlib (9:0). Həsrət Cəfərov isə finalda Mustafa Alameldinə (Misir) qalib gələrək, çempion titulunu qazanıb.  

Ülvi Qənizadə (72 kq) ilk mərhələdə koreyalı Hyeonjin Kanqaya (3:2) hesabı ilə qalib gəlsə də, 1/4 finalda mübarizəni dayandırıb.

Sənan Süleymanov (77 kq) iranlı Məhəmməd Əli Gerayini (6:1) hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. O, finala aparan yolda Nao Kusakaya (Yaponiya) uduzub. Süleymanov zədə səbəbindən bürünc medal uğrunda görüşə çıxmayıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Murad Məmmədov (63 kq) reytinq turnirinin qızıl medalını qazanıb. 


Namiq HUN

tag: Eldəniz Əzizl, Həsrət Cəfərov, Macarıstan, Yunan-Roma, Reytinq turniri, İdman,