REYTİNQ TURNİRİ – Sərbəst güləşçilərdən gümüş və bürünc medal
İdman
06.06.2024 23:38
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri keçirilir.
TodayPress xəbər verir ki, yarışın ilk günündə 4 sərbəst güləşçisi xalça üzərinə çıxıb.
Maqomedxan Maqomedov (97 kq) yarımfinalda Rızabek Aitmuxandan (Qazaxıstan) güclü olub (15:7). Milli üzvü final görüşünə çıxmayıb. Rəqibə texniki qələbə verilib. Maqomedov gümüş medalla kifayətlənib.
Hacı Əliyev (65 kq) bürünc medal uğrunda görüşdə Austin Qomesə (Meksika) qalib gəlib (12:3).
Əliabbas Rzazadə (57 kq) Rei Hiquçi (Yaponiya) ilə görüşdə çiynindən aldığı zədəyə görə bürünc medal uğrunda görüşə çıxmayıb.
Giorgi Meşvildişvili (125 kq) reytinq turnirində mübarizəni erkən dayandırıb.
Namiq HUN
tag: Meksika, Güləş, Budapeşt, Maqomedxan Maqomedov, todaypress.az,