Rəsulov qələbələr seriyasını davam etdirir

İdman

15.02.2025 13:40

2061

Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən “Xəzər dənizi kuboku” (“Caspian Sea Cup”) beynəlxalq turnirində liderliyi ələ keçirib.   

TodayPress xəbər verir ki, Rəsulov əvvəlki görüşlərində olduğu kimi, beşinci turda da qalib gəlib. 

O, qara fiqurlarla Əmirməhəmməd Azadini (İran) məğlub edib. 

Hesabında 5 xalı olan Vüqar Rəsulov “Xəzər dənizi kuboku” turnirinin vahid lideridir. 

Namiq HUN

tag: Vüqar Rəsulov,Şahmat,Liderlik,Kubok,Todaypress.az,