Rəsulov Özbəkistanda dördüncü oldu

İdman

12.05.2025 12:40

103

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Özbəkistanda keçirilən beynəlxalq turnirdə dördüncü yeri tutub.   

TodayPress xəbər verir ki, 7 ölkədən 37 zəka sahibinin mübarizə apardığı Qarşi turnirində Rəsulov 6,5 xal toplayıb.   

O, ilk üçlüyü təşkil edən mükafatçılarla eyni xala malik olsa da, əlavə göstəricilərə görə kvarteti tamamlayıb.   

Vüqar turnirin qalibi olan israilli şahmatçı Yevgeni Alekseyevdən  yarım xal geri qalıb.   

Namiq HUN

tag: Vüqar Rəsulov,Şahmat,Özbəkistan,Turnir,Todaypress.az,