Reşford MY-dan ayrılmaq istəmir

İdman

03.01.2025 15:33

“Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford Səudiyyə Ərəbistanının üç klubunun təklifini qəbul etməyib. 

TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, adı açıqlanmayan klublar ingilis futbolçuya yüksək maaş təklif etsələr də, o, bundan imtina edib. 

Məlumata görə, klublardan biri Reşforda mövsümə təxminən 35 milyon avro qazanc təklif edib.

Qeyd edək kik, 27 yaşlı forvard Ruben Amorim “Mançester Yunayted”ə baş məşqçi təyin olunduqdan sonra 4 oyunda meydana buraxılmayıb. O, bu mövsüm Premyer Liqada 15 oyunda 4 qol vurub.

Namiq HUN

tag: Reşford, Milyon ,Avro ,Klub ,todaypress.az,