Rəqibinin başına təpik vuran qapıçı cəzalandırıldı

İdman

08.03.2025 15:15

2831

İngiltərə kubokunun 1/8 final mərhələsində “Kristal Pelas”la oyunda (1:3) rəqib futbolçu Jan-Filipp Matetanın başına təpiklə vuran “Milluola”nın qapıçısı Liam Robertsin cəzası açıqlanıb.   

TodayPress İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı 6 oyunluq diskvalifikasiya edilib.   

Qeyd edək ki, Robertsin zərbəsindən sonra Mateta xəstəxanaya aparılıb və başına 25 tikiş qoyulub.   

Namiq HUN

tag: Jan-Filipp Mateta,Liam Roberts,Təpik,Cəza,Todaypress.az,