Reper “Venetsiya”nı iflasdan xilas etdi
İdman
10.08.2024 15:30
A seriyası təmsilçisinə məşhur reper Dreyk dəstək olub.
TodayPress, “The Sun” nəşrinə istinadən xəbər verir ki, populyar kanadalı reper Dreyk yeni mövsümdən İtaliya A Seriyasında çıxış edəcək "Venetsiya" futbol klubunun iflasa uğramasının qarşısını alıb.
Mənbəyə görə, “Venetsiya”nın şərikli sahibi Bred Katsuyama Dreykə kömək üçün müraciət edib.
İtalya klubu bir neçə həftə ərzində 10 milyon avro, daha sonra bir neçə ay ərzində 30 milyon avro toplamalı idi.
Məşhur reper iki həftə ərzində müxtəlif Şimali Amerika investorlarından 31 milyon funt-sterlinq (36 milyon avro) toplaya bilib. Bu pul kluba mövcud borclarını bağlamağa imkan verib.
“Venetsiya” A Seriyasının 2024/2025 mövsümünə avqustun 18-də “Latsio” ilə matçla başlayacaq.
Namiq HUN
tag: Venetsiya, Şimali Amerika, Latsio,Bred Katsuyam,Dreyk, todaypress.az,