“Renn” Sampaoli ilə yollarını ayırdı

İdman

31.01.2025 13:08

Fransanın "Renn" futbol klubu baş məşqçisi Xorxe Sampaoli ilə yolları ayırıb. 

TodayPress xəbər verir ki, Liqa 1 təmsilçisi məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 

Onu bu vəzifədə Habib Beye əvəz edib. Seneqallı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb. 

Qeyd edək ki, Xorxe Sampaoli 2024-cü ilin noyabrında "Renn"in baş məşqçisi təyin olunmuşdu. 64 yaşlı mütəxəssisin rəhbərliyi ilə 10 oyun keçirən komanda 3 qələbə qazanıb və beşi ardıcıl olmaqla 7 oyunda uduzub.   

Namiq HUN

tag: Renn,Futbol,Təmsilçi,Müqavilə,Todaypress.az,