“Renn” Sampaoli ilə anlaşdı
İdman
12.11.2024 11:50
Stefan Julieni istefaya göndərən "Renn" futbol klubunun yeni baş məşqçisi məlum olub.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Renn”i Xorxe Sampaoli çalışdıracaq.
64 yaşlı mütəxəssis Fransa təmsilçisi ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, hazırda “Renn” 11 xalla Liqa 1-də 13-cü yerdə qərar tutub. Komanda son 7 oyunda cəmi 1 qələbə qazanıb, 4 məğlubiyyətlə üzləşib və 2 dəfə heç-heçə edib.
Namiq HUN
tag: Renn, Fransa, Qələbə, Məşqçi,Stefan Julien, todaypress.az,