Renduliçin taleyi tükdən asılıdır
İdman
16.11.2024 13:20
“Sabah” futbol klubunun baş məşqçisi Krunoslav Renduliç komandadan qovula bilər.
TodayPress xəbər verir ki, Premyer Liqanın son 6 turunda qələbə qazana bilməyən Masazır təmsilçisi islahatlara başlayıb.
Ötən müddət ərzində 2 məğlubiyyətə üzülüb, 4 heç-heçə edən “bayquşlar” tezliklə baş məşqçisi ilə vidalaşa bilər.
Klub rəhbərliyi xorvatiyalı mütəxəssisin fəaliyyətindən kəskin narazıdır. Onunla görüş keçirilib, qeydə alınan nəticələrdən narahatlıq ifadə olunub.
Qarşıdakı 2 tur Renduliç üçün həlledicidir. O, komandanı düşdüyü vəziyyətdən çıxarmasa, müqaviləsinə xitam verilməsi müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, “Sabah” Krunoslav Renduliçin köməkçilərindən biri ilə artıq yolları ayırıb.
Məşqçilər korpusunda yer alan Vitali Kovalyov klubun düşərgəsini tərk edib.
Namiq HUN
tag: Renduliç, Klub, Sabah, Xitam, todaypress.az,