Renat “Radomyak”ı məğlubiyyətdən qurtardı
Polşa Ekstraklasasının XXIII turu Azərbaycan millisinin üzvü Renat Dadaşov üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, forvard debüt matçında komandasını məğlubiyyətdən qurtarıb.
“Vidzev”lə ev oyununa ehtiyatdan qatılan Renat 80-ci dəqiqədə Roberto Alvesin yerinə meydana çıxıb.
Hücumçu 90-cı dəqiqədə fərqlənməklə komandasını məğlubiyyətdən qurtarıb.
Qeyd edək ki, “Radomyak” - “Vidzev” qarşılaşması elə 1:1 hesabı ilə başa çatıb.
Namiq HUN
tag: Renat Dadaşov, Liqa ,Klub,Radomyak,Todaypress.az,