Renat Dadaşov “Ankaragücü” ilə anlaşdı

İdman

05.08.2024 11:23

1979

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirəcək. 

TodayPress xəbər verir ki, hücumçu 1-ci Liqa təmsilçisi olan "Ankaragücü" klubunda çıxış edəcək.

Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyənin "Hatayspor" klubunun formasını geyinib. 

25 yaşlı hücumçunun İsveçrə təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.

Namiq HUN

tag: Azərbaycan, Renat Dadaşov, Ankaragücü, Türkiyə, Hatayspor, todaypress.az,