Rekordlarını qıraraq dünya çempionu oldu

İdman

11.12.2024 17:20

993

Şimali Koreyalı (KXDR) ağır atlet Ri Sook (64 kq) Bəhreyndə keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında qalib gəlib.

TodayPress xəbər verir ki, KXDR idmançısı ümumi hesabda 264 kq nəticə göstərib. 

O, birdən qaldırmada 115 kq, təkanla qaldırmada isə 149 kq çəkinin öhdəsindən gəlib. 

Nəticədə Ri Sook təkanla qaldırmada 146 kq və cəmi 260 kq olan öz dünya rekordlarını yeniləyib.

Namiq HUN

tag: Hesab, Dünya, Çempion ,Çəki, todaypress.az,