Rəhimova “Sessi Bauru”yə qarşı

İdman

26.04.2025 13:05

5

Polina Rəhimova Braziliya Superliqasında parlaq mövsüm keçirir.   

TodayPress xəbər verir ki, Braziliya çempionatında yarımfinal seriyasının üçüncü oyununda Azərbaycan voleybolçusunun şərəfini qoruduğu “Osasko” “Minas”a 3:0 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.   

Baxmayaraq ki, “Osasko” seriyaya məğlubiyyətlə başlamışdı.   

Komanda final seriyasında “Sessi Bauru” klubu ilə yarışacaq. Rəhimova Braziliyada debüt mövsümündə bu klubda çıxış edib. 

Qeyd edək ki, Polinanın cari mövsümdəki performansı, həm komandasının uğurlarına töhfə verməsi, həm də fərdi göstəriciləri ilə diqqət çəkir.

Statistik göstəricilərə əsasən, Rəhimova hücum effektivliyi üzrə 49,64% nəticə ilə Braziliya Superliqasında üçüncü yerdə qərarlaşıb.

O, yalnız Praia klubunun oyunçuları Adeniziya (51,4%) və Karoldan (51,14%) geri qalır.   

Namiq HUN

tag: Polina Rəhimova,Voleybol,Məhsuldar,Fərqlənmə,Qələbə,Todaypress.az,