Rəhimova “Osasko”ya qələbə qazandırdı
Braziliyada qadınlar arasında voleybol üzrə ölkə çempionatının startı verilib.
TodayPress xəbər verir ki, Azərbaycan millisinin üzvü Polina Rəhimovanın çıxış etdiyi “Osasko” çempionata qələbə ilə başlayıb.
“Osasko” səfərdə "Marinqa"ya 3:0 hesabı ilə qalib gəlib. Polina oyuna ilk altılıqda başlamasa da, sonradan meydana çıxıb və 5 xal qazanıb.
Qeyd edək ki, Polina Rəhimova artıq ikinci mövsümdür Braziliya çempionatında çıxış edir.
Namiq HUN
tag: Braziliya, Azərbaycan, Polina, Marinqa, Çempionat, todaypress.az,