Rəhimova fenomenal məhsuldarlıq nümayiş etdirdi

İdman

28.02.2025 14:25

2462

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya çempionatının növbəti turunda məhsuldarlığı ilə seçilib.   

TodayPress xəbər verib ki, o, “Osasko”nun lider “Praya” ilə çətin mübarizədə qazandığı qələbədə böyük pay sahibi olub.   

“Osasko”nun 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə Rəhimova 34 xal toplayıb.

Bu Polinanın mövsüm ərzində nail olduğu ən yüksək göstəricidir. 

Qeyd edək ki, əldə olunan qələbə “Osasko”ya çempionatda üçüncü pilləyə yüksəlmək və pley-offa çıxmaq uğrunda mübarizədə şanslarını artırmaq imkanı verib. 

Namiq HUN

tag: Voleybol,Polina Rəhimova,Məhsuldar,Fərqlənmə,Qələbə,Todaypress.az,